Nazir 9 rəisi işdən çıxardı, 4-nə töhmət verdi


Kənd Təsərrüfatı Nazirliyindən kollegiya iclası keçirilib.


Nazirlikdən AzVision.az-a verilən məlumata görə, iclasda nazir Heydər Əsədov baytarlıq tədbirlərinin həyata keçirilməsində şəffaflığın təmin edilməsi üçün rayon və şəhər Baytarlıq İdarələrinin rəislərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Kollegiyanın qərarına əsasən, işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib, 2 rayon Baytarlıq İdarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib, 1 rayon və 1 şəhər Baytarlıq İdarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərlərinə düşən vəzifələri icra edə bilmədiklərinə görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib, 4 rayon, həmçinin Gəncə və Mingəçevir şəhər Baytarlıq İdarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon Baytarlıq İdarəsinin rəisinə töhmət elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu