Əsgərlərimiz erməni polkovniki öldürüb


Ermənistan müdafiə naziri Seyran Ohanyan açıqlama verdi

Fevralın 28-də cəbhə xəttində öldürülən hərbçilərdən biri podpolkovnikdir. Bunu Ermənistan müdafiə naziri Seyran Ohanyan deyib.
Onun sözlərinə görə, həmin gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində öldürülən 1979-cu il təvəllüdlü Artak Aqekyan podpolkovnik, 1995-ci il təvəllüdlü Ayk Baroyan isə müddətdən artıq xidmət edən əsgərdir.
Xatırladaq ki, fevralın 28-də Ermənistan ordusu cəbhə xəttində ağır itki verib. Həmin gün saat 14:25 radələrində Qarabağın şimal-şərq hissəsində düşmənin diversiya-kəşfiyyat qrupunun 2 hərbçisi öldürülüb.
Daha sonra həmin gün erməni hərbi bölmələri ikinci dəfə diversiya edərkən 6 düşmən əsgəri məhv edilib.(ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu