Millət vəkili iki vəzifə tutan nazirləri qınadı


Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında parlamentin 2016-cı il yaz sessiyasının qanunvericilik işlər planının müzakirəsi zamanı deputatlar tərəfindən iradlar səsləndirilib.

Çıxış edən deputat Zahid Oruc xalqı yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevi çox vəzifə daşımaqda ittiham edib. O qeyd edib ki, Çingiz Abdullayev elə qələm adamlarındandır ki, öz əsərlərinin qonorarı ilə daim yaxşı yaşaya bilər: “Açıqlama verib ki, “Əgər dörd uşaq atasını ixtisardan qoruya bilmirəmsə, mən necə adamam?" Onun narahatlığını başa düşürəm. Amma onun açıqlaması özünə də aiddir. Çünki özü çox vəzifə daşıyır. Eyni zamanda, bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu, millət vəkillərinə də aiddir. Qoy, Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, ən azı 1000 boş vəzifə yeri yaranmış olar”. (APA)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu