Mehriban Xanlarova polisə çağırıldı-SƏBƏBİ


Tanınmış aktrisa, əməkdar artist Mehriban Xanlarovanın polisə çağırılmasının səbəbi məlum olub.

Ölkə.az-a Nəsimi rayonu 19-cu polis bölməsindən verilən məlumata görə, aktrisa Şamama Ağayeva adlı şəxsin Daxili İşlər Nazirliyinin "102" xidmətinə etdiyi müraciətə əsasən polisə çağırılıb:

"Hüseyn Seyidzadə küçəsi ev 7, mənzil 1-də yaşayan Ağayeva Şamama Abış qızının "102" xidmətinə verdiyi məlumatla əlaqədar Mehriban Xanlarova polisə dəvət olunub, izahatı alınıb. Ş.Ağayeva müraciətində Mehriban Xanlarovanın onu təhqir etdiyini bildirib. Hələ ki qarşı tərəf dindirilməyib.

Mehriban Xanlarovanın dediyinə görə 1967-ci ildə bu ünvanda doğulub boya başa çatıb. Bir neçə gün əvvəl evində böyüdüyü Xalıqın həyat yoldaşı dünyasını dəyişib. Onun yas mərasimində iştirak edərkən münaqişə yaranıb".

Qeyd edək ki, aktrisa bu gün polisin rəsmi çağırışı əsasında Nəsimi rayonu 19-cu polis bölməsinə gedərək ifadə verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu