Natəvan Toliki məğlub etdi


Müğənni Natavan Həbibi və prodüser Tarix Əliyev (Tolik) davası rəsmi şəkildə sona çatıb.


“Qafqazinfo”nun məlumatına görə, bu barədə Tarix Əliyev sosial şəbəkədə məlumat verib.
Prodüser Natavanla fotosunu paylaşaraq “Məhkəmə barışıq qərarı verdi, bizim Natavanla məhkəməmiz bitdi”,- şərhini yazıb.
Müğənnin vəkili Fərid Həsənov “Qafqazinfo”ya açıqlamasında məhkəmə prosesinin 2015-ci ildə yekunlaşdığını bildirib:
“Natavan Həbibi ilə Tarix Əliyev arasındakı məsələ həllini tapıb, barışıblar. Qətnamənin icrası ilə bağlı xitam verilib. Məhkəmə prosesi 2015-ci ilin may-iyun ayında yekunlaşıb. Ali Məhkəmə də Natavan Həbibinin lehinə qərar çıxardı. Daha sonra qətnamə icraya yönləndirildi. 2-3 ay ərzində danışıqlar getdi, Xətari rayon İcra Şöbəsində hər iki tərəf barışıq yolu ilə məsələni həll etdilər”.
Qeyd edək ki, N. Həbibi prodüseri onun şərəf və ləyaqətini təhqir etməsi, işgüzar nüfuzuna xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, prodüser Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.
İki məşhur sima isə bir müddət əvvəl barışdıqlarını elan etmişdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu