Rektor 50 müəllimi işdən çıxarır


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kafedralar birləşdirilib, universitetin işçiləri gələn dərs ilindən ixtisar ediləcək.


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədov Trend-ə bildirib ki, universitetin rektoru Mustafa Babanlının əmrinə uyğun olaraq, fevralın 3-dən bu təhsil müəssisəsində fəaliyyət göstərən kafedraların sayı azaldılaraq onların sayı 28-ə (7 fakültə üzrə) çatdırılıb.

Prorektorun sözlərinə görə, bu əmrə qədər universitetdə ümumilikdə 48 kaferda olduğu, hər fakültə üzrə 7-8 kafedra fəaliyyət göstərdiyi halda, hazırda universitetdə hər fakültə üzrə cəmi 4 kafedra fəaliyyət göstərir.

Q.Məmmədov deyib ki, bu tədris ili üzrə dərs yükü artıq formalaşdırıldığından kafedraların ləğvi ilə əlaqədar müəllimlər ixtisar edilməyəcək. Amma gələn tədris ilindən müəllimlər ixtisar ediləcək: “Müəllimin illlik dərs yükü ümumilikdə 1500 saatdır. Onun 500 saatı tədris yüküdür. Qalan 500 saatında müəllim metodiki işlər, 500 saatında elmi-tədqiqat işi ilə məşğul olmalıdır. Hər bir müəllimin tədris yükü 500 saatdan formalaşdırılırdı. Amma yeni tədris ilindən tədris yükü 600-650 saatdan formalaşdırılacaq”.

Q.Məmmədov əlavə edib ki, bu islahat nətiəsində universitetdə 50-60 müəllim ixtisar edilə bilər: “Əgər professor-müəllim heyətində ixtisarlar olsa, onda tədris köməkçi heyət də ixtisar ediləcək. Bunda məqsəd daha az sayda professor-müəllim heyəti ilə daha keyfiyyətli təhsil vermək və əmək haqlarını artırmaqdır”. (azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu