Dostu xalq artistinin qızıllarını oğurladı


9 illik dostu xalq artisti Rəmişin qızıllarını oğurlayıb.

Axşam.az-ın məlumatına görə, gitara ifaçısı bu haqda "Bizimləsən" verilişində deyib:

"İrana gedirdik. Gülü (həyat yoldaşı - red.) evdəki qızılları da yanında götürmüşdü. Gömrükdən keçəndə çətinlik çəkməmək üçün qızıllarımızı rayonda yaşayan 9 illik yaxın bir dostuma verdik. Həyat yoldaşı Gülüyə "ana" deyir. Elə oldu ki, İrana getmədim, yoldan qayıtdım birbaşa Bakıya. Qızıllar da həmin insanda qaldı. Sonra vermədi. Gah dedi, mənim 20 minlik qızılımı oğurlayıblar, gah da dedi pulunu verəcəm. Gülü onları pis gün üçün saxlamışdı. Deyirdi, mənim dərmanlarıma sərf edəcək. Axı son günlər toy da azdır".

İfaçının xanımı Gülü polisə şikayət etmədiyini bildirib:

"Bir neçə gündən sonra Lənkərana gedəsi olduq. Dedim, gedib qızıllarımı da götürüm. Mənə dedilər ki, "Qızıllarınızı oğurlayıblar. Polisə şikayət etməyəcəm, yaxınlarımı şöbəyə çağırarlar". İsrar etsək də, polisə getməyə qoymadı, dedi ki, "Nə istəyirsən ey, beş-altı qızılın var idi də. Heç qızıl da deyildi, dəmiriydi". Əvvəlcə demişdi ki, pulu nə qədərdisə, özüm ödəyəcəm. Sonra zənglərimizə cavab vermədi. İndi polisə şikayət etmişik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu