Şumaxer səhnədə öldü


Tamaşa zamanı səhnədə ipdən asılı vəziyyətdə qalan və bu üzdən boğulan 27 yaşlı italyan aktyor Rafael Şumaxer vəfat edib.

Axar.az türk mətbuatına istinadən xəbər verir ki, boynuna ip dolanan aktyorun əvvəlcə rol oynadığı zənn edilsə də, izləyicilərdən biri Rafaelin boğulduğunun fərqinə varıb. Dərhal səhnədən endirilən gənc aktyor xəstəxanaya yerləşdirilərkən koma vəziyyətinə düşüb.

Həkimlər Şumaxerin beyninin öldüyünü bildiriblər. Yaxınları aktyorun orqanlarının bağışlanması haqda razılıq verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu