20 yaşlı oğlan intihar etdi


Bakıda intihar hadisəsi baş verib.


Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bayıl qəsəbəsində qeydə alınıb. Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Cavad Cəfərov Qaz Emalı Zavoduna məxsus evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu