Messi əməliyyata girir


Barselona”nın futbolçusu Lionel Messi böyrəyində daş olduğu üçün əməliyyat olunacaq.

Əməliyyat sabah gerçəkləşəcək. Elə həmin gün argentinalı hücumçunun evə buraxılmasının mümkün olacağı bildirilib.

Qeyd edək ki, L.Messi əməliyyat olunacağı üçün İspaniya kubokunun yarımfinalında "Valensiya" ilə cavab qarşılaşmasında oynamayacaq. O, Çempionlar Liqasında "Arsenal"la oyuna kimi hazır olacaq.

Xatırladaq ki, L.Messi tibbi müayinədən keçmək üçün "Barselona"nın sonuncu məşqini buraxmışdı.
(Qol.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu