Nazirdən xalq artistlərinin davasına - Reaksiya


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın xalq artistləri arasında yaranan qalmaqala münasibət bildirib.


"Report"un xəbərinə görə, nazir bildirib ki, xalq artistlərinin yazışmaları, bir-birilərinin ünvanlarına söylədikləri fikirlər mənasızdır: "İnsanlar etik normalara riayət etməlidirlər. Xalq artisti, fəhlə, sıravi bir vətəndaş olmasından asılı olmayaraq insanlar bir-birlərinə münasibətdə etik normaları gözləməlidir".
O deyib ki, cəmiyyətin öz daxili mədəniyyəti olmalıdır:

"Əfsuslar olsun kiƏfsuslar olsun ki, bəzən mədəniyyət dedikdə sərgi, konsert təsəvvür olunur, ancaq mədəniyyət adamları cəmiyyətinin yaşam tərzini müəyyən edən, diktə edən insanlardır. Hər bir xalq artisti öz hərəkəti, davranışı haqqında ciddi düşünməlidir.

Bəzi şou-biznes insanlarının arasında təəssüf ki, belə hallara yol verilir. Təbii ki, bu dünya şou-biznesdə də olur. Həmin sənət adamları bunu çox zaman sensasiya, gündəmdə qalmaq xətrinə edirlər. Əgər bu belədirsə, bu işlərin də müəyyən bir normalarda aparılması lazımdır".
Ə.Qarayev qeyd edib ki, sənət adamlarının bu hərəkətləri xalqın qarşısında özlərini məyus etməkdən başqa bir şey deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu