Rəmiş dostuna şər atıbmış?


"Rəmiş bu dediklərindən sonra mənim üzümə necə baxacaq? Rəmiş 9 il bütün bayramlarda bizim evimizdə çörək yeyib. 9 il məndən heç bir pislik görməyən insan bunu necə deyir?"

Xalq artisti Rafiq Hüseynovun(Rəmiş) qızıllarını oğurlamasında ittiham etdiyi 9 illik dostu Rüfət Hüseynov "Bizimləsən" verilişinin qonağı olub.
O, verilişdə Rəmişin ittihamlarına cavab verib: "Bütün Lənkəran camaaatı bilir ki, mənim evimə oğru girib. Rəmişlə həyat yoldaşı Gülü İrana gedirdi. Maşını bizim həyətdə qoydular. Allah bilir ki, yalan danışmıram. Ticarətlə məşğul olan adamam. Rəmişin əlində 2 qızıl üzüyü, boynunda sepi, bir də qolbağı var idi. 8 gümüş üzük, 9 ədəd bir dollar, 1 ədəd 2 dollar, bir də Gülünün dəsmalını verib getdilər İrana. Elə oldu ki, Gülü Biləsuvara qayıdası oldu. Dedim ki, gəlin əmanətinizi götürün. Özü dedi ki, mahiyyəti bir şey deyil qoy qalsın. Elə oldu ki, mən də İrana gedəsi oldum və Gülü də bunu bilirdi. Evdə olmadığım günlərdə bizim evimizə oğru girdi. Sahə rəisi də gördü ki, evimə oğru girib. Həmin hadisədən sonra Rəmişlə Gülü 3 gün bizim evimizdə olublar. Gülüyə deyəndə, məni dirədi ki, 4 min verəcəksən mənə. Axı sən mənə deməmişdin ki, verdiyin bu qızılların dəyəri 4 mindir. Sən bunu mənə deməliydin axı. İnsanı yandırıb tökən odur ki, sən 9 il mənim evimə gedib gəlmisən Rəmiş müəllim. Mənim evimi yaran inanlar da tutulub təsdiqlənib ki, qızılları onlar aparıb alınıb veriləcək. Sadəcə səbr etmək lazımdır. Bu qızıllar veriləndən sonra görüm üzümə necə baxacaqlar".

Xatırladaq ki, Xalq artisti Rəmiş 9 illik dostunun onun qızıllarını oğurlamaqda ittiham edib. O, açıqlamasında “İrana gedəndə qızıllarımızı rayonda yaşayan 9 illik yaxın dostuma verdik. Elə oldu ki, İrana gedəsi olmadım. Qızıllar həmin insanda qaldı. Sonra onu bizə qaytarmadı, dedi oğurlayıblar. İndi polis bölməsinə şikayət ərizəsi vermişik”, açıqlamasını verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu