Daha bir ştat Xocalı soyqırımını tanıdı


ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets bəyannamə imzalayaraq fevralın 26-sını bütün Nebraska ştatında "Xocalını Anma Günü" elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb.


Bu barədə "Report"a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.
Məlumata görə, konsulluğa daxil olan bəyannamədə Xocalı qətliamı dəhşətli faciə kimi pislənilib.
Qeyd edək ki, bu bəyannamə, Nebraska ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilən ilk sənəddir.
Sənəddə 24 il əvvəl - 1992-ci ilin 26 fevralında Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən çoxlu sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. “Human Rights Watch” təşkilatının bu qətliamı regionda baş verən ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunub ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.
Bəyanamə, eyni zamanda Nebraska ştatının dövlət katibi Con Qeyl tərəfindən də imzalanıb. Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu