Qaçan əsgərin anası danışdı


Ermənistanın Noyemberyan rayonundakı hərbi hissəni özbaşına tərk etmiş 19 yaşlı yezid kürdü Aziz Bakoyanın tapılmasından sonra problem həll olunmaq əvəzinə, daha da böyüyüb.


Fevralın 6-da hərbi hissəni tərk etmiş sıravi A.Bakoyanı Ermənistan Hərbi Polisi aşkarlayıb.

Fevralın 6-da hərbi hissədən qaçan Azizi 4 gün sonra, fevralın 10-da evində tapmışdılar.
A.Bakoyan 22 kilometrlik yolu piyada gedərək Noyemberyandakı Ocakan kəndinə, evinə yollanmışdı.

"Ev, ailəm üçün darıxdım. Ona görə qaçdım", - Ermənistan Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, A.Bakoyan Hərbi Polis mənsublarına belə deyib.

Amma əsgərin xalası Arevikin dediyinə görə, Aziz səhər saat 6-da evə çatıb və hərbi hissəyə qayıtmayacağını deyib: "O, piyada gəlmişdi. Əlləri, ayaqları donmuşdu, üzünün rəngi yoxdu. Evə çatan kimi valideynləri hərbi hissəyə zəng vurdular ki, evdədir. Aziz bir ildən çoxdur ki, hərbi qulluqdadır. Nazirlik onun hərbi and içmədiyini deyir. Yalandır. Aziz hərbi hissədə məruz qaldığı pis davranışdan, sürəkli döyülmələrdən bezib qaçıb. Nazirliksə bunu gizlədir".

Aziz Bakoyanın anası isə: "Oğlumu döyürdülər, bezmişdi", - söyləyib.

A.Bakoyanın əmisi oğlu Use Bakoyanın dediyinə görə, Azizin səhhətində ciddi problemlər vardı.

"Onun sağ qolu sınıqdı. Amma hərbi komissarlıqda "sağlamdır" deyərək hərbi xidmətə apardılar. Ağciyərlərində də problemlər var. Lakin bizə kimsə qulaq asmadı. Hərbi hissədə də döyülüb, sınıq əlini şikəst ediblər", - U.Bakoyan söyləyib.(milli.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu