Aygünün qızı “Eurovision”a gedir?


Avropanın ən uğurlu musiqi müsabiqəsi olan “Eurovision 2016”nın start götürməsinə bir neçə ay qalıb.

May ayında İsveçin Stokholm şəhərindəki “Ericsson Globe” arenasında keçiriləcək musiqi bayramında Azərbaycan təmsil edəcək müğənni hələlik seçilməyib.

Qapalı keçirilən milli seçimlərin nəticəsi martın 14-də açıqlanacaq. “Eurovision” həyəcanı yaxınlaşdıqca Azərbaycanı təmsil edəcək şəxslərlə bağlı bəzi məlumatlar yayılmağa başlayıb.

Bu il “Eurovision”da Azərbaycanı təmsil edə biləcək gənclərin arasında xalq artisti Aygün Kazımovanın qızı İlqarənin də adı hallanır.

Bu arada qeyd edək ki, İlqarə Kazımovanın adı “Eurovision” ərəfələrində hər zaman qalmaqallı videolarda çəkilib.

Xatırladaq ki, “Eurovision 2011” finalçısı olan zaman İlqarənin oğlanlarla bir yerdə görüntüləri yayılmışdı və həmin video geniş qalmaqala səbəb olmuşdu.

Növbəti qara piar ötən gün yayılmağa başlayıb. Xalq artirsti Aygün Kazımovanın qızı guya yarıçılpaq şəkildə rəqs edir. Aygün isə videonun qızına aid olmadığını açıqlamışdı:

“Kadrlardan da göründüyü kimi o, İlqarə deyil, transseksualdır. Baxanda aydın olur ki, bu, kişi bədənidir. Bu görüntü bir neçə il əvvəl də sosial şəbəkədə yayılmışdı. Bu, amerikalı transdır”.

Xalq artisti Aygün Kazımova “Qafqazinfo”ya açıqlamasında qızı İlqarənin bu il “Eurovision” seçim turlarına qatılmadığını bildirib:

“Yalan xəbərdir, o, seçim turlarına qatılmayıb”.

İTV-dən isə bildiriblər ki, “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı martın 14-də açıqlanacaq və İTV-nin rəsmi saytında yayımlanacaq.

Xatırladaq ki, Azərbaycan mahnı müsabiqəsində ilk dəfə 2008-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilmiş 53-cü müsabiqədə iştirak edib. Həmin müsabiqədə 132 xal toplamış Azərbaycan 43 ölkə arasında 8-ci yeri tutmuşdu.

2009-cu ildə Rusiyanın paytaxtı Moskvada keçirilmiş 54-cü müsabiqədə Azərbaycan 207 xal toplayaraq 42 ölkə arasında 3-cü yeri qazanmışdı.

2010-cu ildə isə Norveçin paytaxtı Osloda keçirilmiş 55-ci müsabiqədə Azərbaycan 145 xal toplayaraq 39 ölkə arasında 5-ci yerlə sahiblənmişdi.

Nəhayət, Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 221 xal toplayaraq müsabiqənin qalibi olub.

2012-ci ildə Səbinə Babayeva 150 xalla 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 234 xalla 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri əldə edib.

Son olaraq Azərbaycanı “Eurovision 2008”də təmsil edən Elnur Hüseynov yenidən müsabiqəyə qatılmış, “Hour Of The Wolf” mahnısıyla 12-ci pillədə qərarlaşmışdı.(qafqazinfo.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu