30 min dollarlıq it damı-VİDEO


"Samsung Electronics" itlər üçün “xəyallar evi”ni nümayiş etdirib. Ev 30,6 min dollara başa gəlib.

Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, CNBC bu lüks kəşfi dünyanın ən böyük dog-şou Grufts sərgisində nümayiş etdirir.
Budka açıq satışa çıxarılmayacaq, şirkətin sosial şəbəkələrdəki səhifəsi üçün buraxılan müsabiqənin prizi kimi təqdim edilib.
İtlər üçün buraxılan “xəyallar evi”nin hazırlanmasına "Samsung" altı həftə vaxt sərf edib. Öncə şirkət 1500 nəfərin arasında onların sevimli heyvanlarının ideal evinin necə ola biləcəyi ilə bağlı sorğu aparıb.
Budka iki yaşayış hissəsindən ibarətdir: birinci hissə - istirahət, digəri isə əyləncə və yemək yeri kimi nəzərdə tutulub. Həmçinin süni ot örtüyündən ibarət çəmənlik, hidromassaj edən vanna, it hürməsinə bənzər qapı zəngi və qəlyanaltı ilə dolu avtomatdan ibarətdir ki, bunların hamısını it özü idarə edə bilir.
“Texnologiyalar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib: itlər üçün də, hansı ki, sosial şəbəkələrdə akkauntları hərəkətə gətirirlər və onların sahibləri üçün, hansı ki, öz sevimli heyvanlarına baxmaq üçün video-əlaqədən istifadə edirlər”, - "Samsung Electronics"in Böyük Britaniya və İrlandiya üzrə prezidenti Endi Qriffits söyləyib.
Grufts sərgisi bu il martın 5-dən, 8-ə qədər İngiltərədə Birminhemdə keçirilir. "Samsung" tədbirin sponsoru olaraq çıxış edir.

RAFİQ




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu