İsveçdə türk dərnəyinə hücum edilib


İsveçin paytaxtı Stokholmda ötən həftə PKK və PYD-ni dəstəkləyən bir qrupun daşla hücumuna məruz qalan Botkırka türk mədəniyyət dərnəyinə səs bombası atılıb.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, hücum zamanı itki olmasa da, dərnəyə böyük ziyan dəyib.

Dərnəyin başçısı İsmayıl Zəngin hücum nəticəsində şüşələrin qırıldığını və divarlara zərər dəydiyini bildirib.

Bundan başqa Türkiyədən gələn kürd əsilli vətəndaşlarla qardaşlıq içində yaşadıqlarını vurğulayan dərnək başçısı bəzilərinin bu qardaşlığı pozmağa çalışdıqlarını söyləyib və hər kəsi ehtiyatlı olmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu