Baş həkim qətlə yetirilib


Dərbənd rayon poliklinikasının baş həkimi qətlə yetirilib.

Hadisə dünən axşam saatlarında baş verib. Poliklinikanın baş həkimi, 55 yaşlı Nəsur Osmanov avtomobilini evinin darvazasının yanında park edərkən naməlum şəxs ona odlu silahdan atəş açıb. Nəticədə N. Osmanov hadisə yerində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Müəyyən edilib ki, baş həkimə odlu silahdan bir neçə dəfə atəş açılıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "Qəsdən adam öldürmə" və "Qanunsuz odlu silah gəzdirmə" maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, N. Osmanov Dərbənd Rayon Məclisinin deputatı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu