Ronaldo yenə dünyanın ən varlı futbolçusudur


Dünyanın ən varlı futbolçularının siyahısı açıqlanıb.

Afn.az gazeta.ru saytına istinadən xəbər verir ki, Portuqaliya yığmasının və Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo ikinci il dalbadal dünyanın ən varlı futbolçusu seçilib. Bu barədə “Goal” nəşri məlumat yayıb.
30 yaşlı portuqaliyalının varidatı 210 milyon avro dəyərində qiymətləndirilir. İkinci yerdə 200 milyon avro ilə “Barselona”nın oyunçusu Lionel Messi gəlir. Üçlüyü 135 milyon avro ilə daha bir kataloniyalı nümayəndə, Neymar qapadır.

Dünyanın varlı futbolçularının reytinqi belə sıralanır:

1.Kriştianu Ronaldo (Real) – 210 milyon avro
2.Lionel Messi (Barselona) – 200 milyon avro
3.Neymar (Barselona) - 135 milyon avro
4.Zlatan İbrahimoviç (PSJ) – 105 milyon avro
5.Ueyn Runi (Mançester Yunayted) – 103 milyon avro
6.Kak (Orlando) – 96 milyon avro
7.Samuel Eto (Sampdoriya) – 87 milyon avro
8.Raul (Nyu-York Kosmos) – 85 milyin avro
9.Ronaldinyo (Keretaro) – 83 milyon avro
10.Frenk Lempard (Mançester Siti) – 80 milyon avro


RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu