Cənub bölgəsində təhlükəli vəziyyət-VİDEO


Sözügedən ərazidə nəqliyyat vastələrinin hərəkət etməsi mümkün deyil

Bu gün səhər saatlarından başlayaraq yağan intensif yağış cənub bölgəsindəki çaylarda daşqın təhlükəsi yaradıb.

Yerli sakinlər deyir ki, Cəlilabad rayonundan keçən Mişarçay çayının məcrasından çıxması Cəlilabad-Hasıllı avtomobil yolunun keçdiyi bəndin su altında qalmasına səbəb olub.

Ən son məlumatlara görə bu saatlarda da sözügedən ərazidə nəqliyyat vastələrinin hərəkət etməsi mümkün deyil. 10-dan yuxarı kəndi birləşdirən bu yolun sel suların altında qalması sürücüləri digər alternativ yollardan istifadə etməyə vadar edib.

[media=https://www.youtube.com/watch?v=nSU07ofONFQ]

(ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu