"Digər kanallardan təkliflər alıram"- Mikayıl


“Space” telekanalının aparıcısı Mikayıl Güləddinoğlu yeni verilişinin anonsu yayımlanmağa başlayıb.

Axşam.az-a açıqlama verən aparıcı yeni işindən danışıb. “Sevimli şou”dan uzaqlaşdırıldıqdan sonra efirdə görünməyən M.Güləddinoğlu bunları deyib: “Bu layihə prodakşın tərəfindən hazırlanıb. Mənə gətirdilər ki, aparıcı kimi sən uyğunsan. Amma tam nədən bəhs ediləcəyini bilmirəm. Gələn həftə mənə ssenari təqdim olunacaq. Əgər bəyənsəm, davam edəcəm. Mənə uyğun olmasa, yəqin ki, qəbul etməyəcəm. Hələ özüm yeni layihə düşünmürəm. Bir az dincəlməyə ehtiyacım var. Mən təhsilimi televiziya işi üzrə almışam. Ona görə də bu sahədən getməyi düşünmürəm”.

M.Güləddinoğlu digər kanallardan təkliflər aldığını bildirib: “Sevimli şou”dan ayrılandan sonra təkliflər gəldi. Diqqətlərinə görə hamısına təşəkkür edirəm. Amma “Space”dən getməyi düşünmürəm. Mənə ilk dəfə qapısını açan kanal bura oldu. Orada özümə qarşı aqresivlik görməmişəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu