Gürcüstan Rusiya əleyhinə bəyanat yaydı


Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyadan Gürcüstan torpaqlarından əsgərlərini çıxarmasını tələb edib.

Xarici İşlər Nazirliyindən yayılan yazılı bəyanatda, Rusiyanın 5 mart 2015-ci ildə Gürcüstanın ayrılmaz hissəsi olan Abxaziya və Cənubi Osetiya bölgələrində hərbi təlimə başlamasını Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə təhdid kimi dəyərləndirdiklərini bildirib.

Bəyanatda eyni zamanda, Rusiya tərəfindən həyata keçirilən bu təlimin Gürcüstan Konstitusiyasına və Rusiyanın 2008-ci ildə atəşkəs haqqında imzaladığı sənədlərdə üzərinə götürdüyü öhdəliklərə zidd olduğu, beynəlxalq qanunların açıq pozulduğu, bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olduğu bildirilir və Rusiyanın Gürcüstan ərazisindən əsgərlərini çəkməsi, işğal altında qalan torpaqların sərbəst buraxılması tələb olunur (azadliq.info)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu