Dilqəm ermənilərdən yenə əfv istəmədi


Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərə girov düşmüş və “Dağlıq Qarabağ Respublikası”nın “məhkəməsinin” qərarı ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov bağışlanması üçün erməni separatçılara müraciət etməyib.


Azvision.az “news.am"-a istinadən xəbər verir ki, bu barədə azərbaycanlı girovun “vəkili"i Erik Beqlaryan jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, 2014-cü ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz məhkəmə qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu