“Neftçi”nin yeni baş məşqçisi odur


“Neftçi” rəhbərliyi baş məşqçisi Əsgər Abdullayevin istefasını qəbul edib.

Klubun rəsmi saytında verilən məlumata görə, 56 yaşlı mütəxəssisin istəyi müsbət cavablandırılıb. Əsas komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq idman direktoru Vəli Qasımova həvalə olunub.

47 yaşlı mütəxəssis SSRİ dövründə “Neftçi”də oynasa da, məşqçisi olmamışdı. İndi Qasımov komandanı martın 9-da “Xəzər Lənkəran”la ölkə kubokunun 1/4 final mərhələsinə cavab oyununa çıxaracaq.

Qeyd edək ki, Əsgər Abdullayev martın 5-də “Qəbələ”yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında istefa verdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu