Ərdoğanın telefonu 50 dəfədən çox dinlənilib


Baş nazir olduğu dönəmlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın telefonu hüquq-mühafizə orqanlarındakı Fətullah Gülən tərəfdarları tərəfindən 50 dəfədən çox, milli kəşfiyyatın rəhbəri (MİT) Hakan Fidanın telefonu isə 53 dəfə dinlənilib.

Bu barədə "Trend" Anadolu agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Fətullah Gülən hazırda ABŞ-da yaşayan din xadimidir.

Agentliyin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən verdiyi məlumata görə, ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın telefonu da dinlənilib.

Ümumilikdə, 31 dövlət məmurunun, eləcə də onların ailə üzvlərinin telefon söhbətləri dinlənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu