Qədimdə Marsda okean olub-KƏŞF


NASA mütəxəssisləri belə hesab edirlər

NASA mütəxəssisləri hesab edirlər ki, uzaq keçmişdə Marsın şimal yarımkürəsinin bütün səthini okean əhatə edibmiş. Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, bu haqda məlumat agentliyin saytında yerləşdirilib. Təqribən 4,3 milyard il bundan əvvəl Marsda o qədər su olub ki, bu bütün planetin səthini 137 metr dərinliyində örtmək üçün kifayət edərmiş. Bəzi regionlarda suyun dərinliyi 1,6 km-ə çata bilər. Alimlər fərz edirlər ki, suyun əsas hissəsi şimal yarımkürəsində toplanıbmış. Və bütün su kütləsinin həcmi Şimal Buzlu okeanındakı suyun həcmindən də çox olubmuş.
Lakin hazırkı zamanda Mars həmin suyun 87 faizini itirib. Su itkisi 3,7 milyard il bundan əvvəl başlanıb və bu proses indi də davam etməkdədir. Bu gün əsas su ehtiyatları qütblərdə toplanıb.
Mars səthinin 19 faizini tutan sular (Atlantik okeanı Yer səthinin 17 faizini əhatə edir) həyat üçün yaxşı şərait yarada bilərdi. Güman ki, həmin suyun qalıqları Qırmızı planetin müxtəlif regionlarında hələ də qalmaqdadır.
Belə nəticələrə tədqiqatçılar Marsın atmosferindən kosmosa miqrasiya etmiş yarımağır (hidrogen protium və deyteri izotopları) və “yüngül” (adi, iki atomlu protium) suları təhlil etməklə gəliblər. Altı il çəkən müşahidələr nəticəsində toplanmış məlumatlar uzaq keçmişdə planetdə olan su kütləsinin həcmini fərz etməyə imkan yaradıb.
Astronomlar müşahidələrini Keka və Avropa cənub rəsədxanalarında aparıblar. Marsdakı suyun tərkibinin təhlilini alimlər 2014-cü ilin sentyabr ayında Qırmızı planetə çatan MAVEN zondunun köməyi ilə davam etdirəcəklər.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu