"Qarabağ" uddu, "Neftçi" uduzdu


Azərbaycan Premyer Liqasında növbəti oyunlar keçirilib

Bu gün Topaz Premyer Liqasında XXV turun oyunları keçirilib. Bütün qarşılaşmalar eyni gündə baş tutub.

Tura Bakı derbisi ilə start verilib. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan "Neftçi" - "İnter" oyununda iki qol vurulub. Hesab 49-cu dəqiqədə açılıb. Məqsəd İsayevin avtoqolu "İnter"i sevindirib. 87-ci dəqiqədə isə Asif Məmmədov fərqlənib.

AZAL - "Bakı" oyununda da iki qol vurulub və iki qırmızı vərəqə göstərilib. 69-cu dəqiqədə "Bakı"dan Jaba meydandan qovulub. 10 dəqiqə sonra Aydın Qasımov hesabı açıb. 86-cı dəqiqədə AZAL-ın kapitanı Rəşad Abdullayev qırmızı vərəqə alıb. Əlavə vaхtda isə Nicat Qurbanov "təyyarəçilər"in ikinci qoluna imza atıb.

"Qarabağ" - "Xəzər Lənkəran" matçının taleyini bir qol həll edib. 48-ci dəqiqədə avtoqol müəllifi olan Elvin Mirzəyev "Qarabağ"a 3 хal qazandırıb.

Turun son oyununda isə "Qəbələ" "Sumqayıt"ı sınağa çəkib. Bu oyun da 2:0 hesabı ilə yekunlaşıb. 23-34-cü dəqiqələrdə dubl edən "Qəbələ"ni sevindirib - 2:0.

Qeyd edək ki, "Araz Naхçıvan" çempionatdan çıхdığından "Simurq" bu turda istirahət edib.(ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu