Kamran Həsənli 7 ildən 12 ilədək müddətə həbs edilə bilər-yenilənib


Kamran Həsənlinin əməli sübuta yetirilərsə 7 ildən 12 ilədək həbs cəzası ala bilər.

Lent.az yazır ki, Kamran Həsənlinin dələduzluq əməli sübuta yetirlərsə teleaparıcının ağır cəza gözləyir.

Onun barəsində artıq Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2(dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Maddənin açılışında bildirilir ki, şəxsin bu əməli sübuta yetirilərsə o, 7 ildən 12 ilədək azadlıqlıqdan məhrum edilə bilər. Təbii ki, burda yüngülləşdirici və ağırlaşdırıcı hallar Cinayət Prosesual Məcəlləsininin tələblərinə uyğun verilir. Hətta əməli sübuta yetirilən şəxs istintaq dövründə və yaxud məhkəmə zamanı zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəsə onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) ilə daha yüngül cəza tətbiq edilə bilər.

Son məlumatlara görə, Kamran Həsənli müğənni Samir Piriyevdən 80 min dollar deyil, 125 min dollar alıb. Bunu S.Piriyevin vəkili deyib.

***

Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Bu barədə hüquqşünas Ruslan Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

Axşam.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu