Həsən Şirinov istefaya göndərildi


Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov istefaya göndərilib.

Həsən Şirinovun istefaya göndərilməsinin səbəbi yaş məhdudiyyəti ilə bağlı olub.

Həsən Şirinov 1980-ci ildən daxili işlər orqanlarında çalışıb. Müxtəlif illərdə Nəsimi, Xətai və Xanlar rayon yol polisi bölmələrinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polis İdarəsinin rəisi, Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini vəzifələrində çalışıb.

1994-cü ildən 2010-cu ilə qədər isə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsində işləyib.

Azpolitika



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu