MSK siyasi partiyalara xəbərdarlıq edib


“Siyasi partiyaların illik maliyyə hesabatlarını təqdim etməsində irəliləyiş var”.


“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Natiq Məmmədli deyib.
O bildirib ki, indiyədək maliyyə hesabatını 14 siyasi partiya təqdim edib: “Aprelin 1-dək vaxt var. Düşünürəm ki, bütün siyasi partiyalar maliyyə hesabatlarını təqdim edəcəklər. Azərbaycanda siyasi partiyaların fəaliyyəti şəffaf, düsrüst olmalıdır. Fəaliyyətləri barədə cəmiyyətə məlumat verməlidirlər. Siyasi partiyalarla Mərkəzi Seçki Komissiyası arasındakı münasibətlər təkcə seçki məsələsi deyil, biz həm də partiyalardan maliyyə hesabatlarını qəbul edirik. Maliyyə hesabatlarını təqdim etməyən partiyalarla bağlı tədbirlər görüləcək. Bununla bağlı qanunvericilik bazası var”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu