Yeni iPhone-un qiyməti AÇIQLANDI


Apple yeni telefon modeli olan iPhone SE-ni təqdim edib.

4 düymlük ekrana sahib iPhone SE öz ölçüsündə ən güclü ağıllı telefon olaraq təqdim edilir.

Telefonun karema xüsusiyyətləri isə daha çox diqqət çəkib. Cihaz Retina ön kamera flaşına, səsli Siri əmrlərinə, Apple Pay dəstəyinə, 4K video çəkmə xüsusiyyətinə, 12 meqapiksel arxa kameraya sahibdir və daha uzun ömürlü batareya ilə təchiz olunub.

Telefonu iPhone 5S modelindən fərqləndirən daha bir cəhət isə 4 rəngdə təqdim olunmasıdır. Yeni əlavə olunan rəng isə "Rose Gold"( çəhrayı qızılı) rəngdir.

iPhone SE martın 31-dən satışda olacaq. iPhone SE-nin qiyməti isə belə dəyişir: 16GB-lıq model 399 dollar, 64GB-lıq model 499 dollar, 128GB-lıq model 599 dollar.

Qeyd edək ki, ayın sonunda yeni telefon modeli 110 ölkəyə təqdim ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu