Havanın temperaturu rekord qırıb


Rusiya paytaxtında havanın temperaturu rekord qırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, martın 9-da günorta saatlarında paytaxtda havanın temperaturu 9 dərəcədən yuxarı olub.

2015-ci ilin 9 mart tarixi meteoroloji müşahidələr tarixində mart ayı iqlim normalarına görə ən isti gün kimi qeydə alınıb.

Paytaxtın Balçuqa rayonunda havanın temperaturu 9,4 dərəcəyə yüksəlib. Digər rayonlarda isə 8,6 dərəcə isti müşahidə olunub.

Bu gün Moskva vilayətinin Mojaysk və Serpuxov rayonlarında havanın temperaturu 10,6 dərəcəyə qalxıb.

Sinoptiklər həftə ərzində paytaxtda havanın temperaturunun 8 dərəcə civarında olacağını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu