Azərbaycanın hərbi qulluqçusu şəhid olub


Martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.


Bu barədə Afn.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınları və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Qarşı tərəfin itkiləri dəqiqləşdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu