Rusiya Aİ-dən xahiş etməyəcək-Lavrov


“Rusiya Avropa İttifaqından sanksiyaların ləğvini xahiş etmək niyyətində deyil”.

APA-nın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ispaniyalı həmkarı Xose Manuel Qarsiya-Marqalo ilə birgə keçirdiyi brifinqdə deyib.

"Sanksiyaları müzakirə etmədik, bu bizim seçimimiz deyil. Avropalı dostlarımızı yola gətirməyə və ya onlardan nəsə xahiş etməyə hazırlaşmırıq. Həyat hər şeyi öz yerinə qoyacaq", - deyə Rusiya XİN başçısı qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu