Şəhidimiz sabah dəfn olunacaq


Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısı alarkən şiddətli döyüşlərdə şəhid olan Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusundan biri Cəbrayıl rayonu Veysəlli kəndindən məcburi köçkün Ruhin Qəhrəmanovdur.

Şəhidin valideynləri Biləsuvar rayonundakı məcburi köçkün qəsəbəsində məskunlaşıblar.

R.Qəhrəmanov cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. O, müddətdən artıq xidmət keçən hərbi qulluqçu idi.

Şəhidin cənazəsi bu axşam ailəsinə verilib, o, sabah Biləsuvardakı məcburi köçkün qəbiristanlığında sabah dəfn olunacaq.

Modern.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu