Düşmən itkilərini açıqladı


Aprelin 1-dən bu gün günorta saatlarınadək davam edən döyüşlərdə sarsıdıcı zərbələr almış erməni tərəfi itkilərinin sayı ilə bağlı növbəti rəqəmləri açıqlayıb.

Azərbaycanla döyüşlər nəticəsində “Dağlıq Qarabağ ordusu” 29 hərbçi itirib, onların 7-si zabit və gizir, 22-si çavuş, sıravi və müqaviləli şəxslərdir. Düşmən tərəf itkin düşən hərbçilərinin sayının isə 28 nəfər olduğunu açıqlayıb. Düşmən ölkənin mediası iddia edir ki, yaralanan ermənilərin sayı isə 101 nəfərdir. Onların da 20 nəfəri zabit və gizir, 81 nəfəri isə serjant, sıravi və müqavilə ilə xidmət edənlərdir..

Qarabağ separatçıları Azərbaycanın itki sayı barədə cəfəng, ağlasığmaz rəqəmlər yaymaqla erməni ictimaiyyətini, xüsusilə də Qarabağda məhv edilmiş erməni əsgərlərin yaxınlarını sakitləşdirməyə çalışır. Maraqlısı budur ki, “operativ qərargah” Ermənistana daşınan meyitlərin kimə məxsus olduğunu açıqlamayıb, yalnız “Qarabağ ordusu”nun itkilərinin statistikasından bəhs edib.

Düşmən 14 tankının məhv edildiyini də etiraf edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu