Bakıda virtual fahişəxana polisi hərəkətə keçirdi - FOTO


Bakıda əxlaqsızlığı yayan yeni sayt fəaliyyətə başlayıb.

“Baku Escort” adı altında fəaliyyətə başlayan bu sayt guya boş vaxtlarını sərfəli və səmərəli keçirmək istəyən insanlar üçün xidmət göstərir.

Əslində isə sayt fahişəliyi təbliğ edir. Saytda xanımların xidmətləri təklif edilir. Saytda dünyanın bütün yerindən fahişələr təklif olunur. Onların adları, çılpaq fotoları açıq şəkildə nümayiş edilir.

Qızları bəyənənlər üçün isə onlarla əlaqə yaratmaq üçün telefon nömrələri yazılır. Maraqlıdır ki, həmin sayta heç bir məhdudiyyət olmadan girmək mümkündür.

ANS PRESS məsələ ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, sayt qeydiyyatdan keçib. Amma bu müraciət əsasında Rabitə Nazirliyi hüquq-mühafizə orqanlarına müraciət edib. Saytın faəliyyəti araşdırılaraq müvafiq tədbirlər görüləcək.

[medium]http://afn.az/uploads/posts/2015-03/1426063278_teklif-sayti2.jpg[/medium]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu