Xamelyonlar necə rəng dəyişir?-VİDEO


Biofiziklər tez rəng dəyişmənin daha bir xüsusiyyətini aşkara çıxarıblar

Biofiziklər xamelyonların rənglərini tez dəyişdirməyə yardım edən daha bir xüsusiyyəti aşkara çıxarıblar. Kərtənkələlər, sən demə, bunun üçün təkcə dəridə olan piqmentlərdən deyil, həm də rəngi ən dəqiqliyi ilə idarə etməyə imkan verən foton nanokristallarından istifadə edirlərmiş.
Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, tədqiqatların nəticələri "Nature Communications" jurnalına təqdim edilib.
Mütəxəssislər Madaqaskar erkək bəbir xamelyonları (Furcifer pardalis) üzərində tədqiqat aparıblar, hansı ki, dişilər və digər erkəklər ilə əlaqəyə girdikləri zaman, rənglərini bir neçə dəqiqə ərzində göy-yaşıldan parlaq-qırmızıya qədər dəyişə bilirlər. Bu dəyişiklik qanunauyğun xarakter daşıyır və geriyədönəndir. Hesab olunur ki, rəngin dəyişməsi dəri daxilində olan piqmentlərə dörd rəngi bölüşdürən xüsusi hüceyrələrlə əlaqəlidir. Həmin piqmentlər bir təyinedici rəngdən başqa (məs, qırmızı) bütün dalğa boyu görünən işığı udur.
Lakin Cenevrə universitetindən olan Mişel Milinkoviç hesablayıb ki, xamelyonlardan ötrü iridoforlar – hüceyrələr, daha mühümdür, hansı ki, işığı udmur, əksinə, dəri səthində həndəsi struktur formalaşdıraraq, onu müəyyən dalğaları ya əyməyə, yaxud da əks etdirməyə məcbur edir.
Milinkoviç və həmkarları xamelyonların dərisini işıqlandıran elektron mikroskopun köməyilə tədqiq edərək, orada iki qatdan ibarət iridoforları aşkar ediblər. Üst qat dəqiq strukturlaşmış qəfəs şəklində qoyulmuş quanin nanokristalları ilə örtülüb.
Ayrı-ayrı kristallar arasında məsafə qəfəsdə rənglərin dəyişməsində açar rolunu oynayır: erkəklər ehtriaslı vəziyyətdə olduqda, aradakı məsafə artır. Məsafə nə qədər böyüyürsə, işıq daha böyük uzunluqda dalğa ilə (qırmızı) əks olunur. Yaxınlaşma baş verdikdə isə kristallar göy rəng almağa başlayır.
Daha sonra xamelyonlara artıq ksantoforlar (sarı piqment hüceyrlər) kömək edir: onlar göy işığı yaşıla, qırmızını isə narıncıya və ya sarıya çevirir.
Milinkoviç bundan əlavə iridoforlu dərinin ikinci səviyyəsini də aşkar edib ki, orada onlar daha nizamsız şəkildə yerləşiblər. Onlar işığı yaxın infraqırmızı diapozonda daha yaxşı əks etdirə bilirlər. Alimin fikrincə, xamelyonların yaşadığı isti və rütubətli mühitdə bu kristallar artıq qızmadan xilas olmaq üçün mühüm mexanizmdir.
Dərinin belə quruluşu görünür, çox unikaldır. Elmə kərtənkələ və digər sürünən heyvanlar məlumdur ki, dərilərində istini dəf edən iridofor kristalları nizamlı şəkildə düzülüb. Lakin yalnız xamelyonlar təkamül nəticəsində bu xüsusiyyətləri birləşdirə biliblər.

RAFİQ




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu