Xocavənddə düşmən əsgəri məhv edildi


Dağlıq Qarabağakı qondarma rejimin “müdafiə nazirliyinin” yaydığı məlumata görə aprelin 14-dən 15-nə keçən gecə işğalçı qüvvələrin daha bir əsgəri öldürülüb.


Məlumata görə saat 23.20-də təmas xəttinin Xocavənd istiqamətində “Azərbaycan silahlı qüvvələrinin mövqelərindən açılan atəşlə” əsgər Qriqoryan Armen Manveloviç ölümcül yara alıb.

Xatırladaq ki, həmin axşam təmas xəttinin Ağdərə-Tərtər istiqamətində düşmən qüvvələrinin 46 yaşlı hərbçisi Qacoyan Hamlet öldürülmüşdü. İstisna deyil ki, əslində bunlar aprelin 2-dən 5-nə qədər gedən döyüşlərdə öldürülmüş erməni əsgərləridir və onların cəsədlərini indi üzə çıxarırlar.

Aprelin 14-də düşmən təmas xəttində atəşkəsi pozaraq ordumuzun bir əsgərini vurmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu