“Son zəng”in vaxtı dəyişməyib


Redaksiyamıza daxil olan müraciətlərdə məktəblilər və onların valideynləri “Son zəng”in vaxtının, Təhsil Nazirliyinin daha öncə elan etdiyi kimi, iyunun 14-də deyil, mayın 30-da keçirilməsi ilə bağlı məlumat verildiyini bildiriblər.


Məlumatı dəqiqləşdirmək üçün Təhsil Nazirliyinə müraciət etdik.

Virtualaz.org-un sorğusuna cavab olaraq bildirildi ki. bu il “Son zəng” tədbirləri iyunun 14-də keçiriləcək.

Məlumata görə, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayır, iyunun 14-də başa çatır. Bununla əlaqədar olaraq, “Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu