Lavrov Sarkisyanla görüşdü


Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının koordinatoru kimi ATƏT-in Minsk Qrupuna alternativ yaratmaq cəhdlərinə qarşıdır.


Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə bildirib.

"Biz paralel kanallar axtarmağı, tərəflərin etimadını qazanmayan mexanizmlərin yaradılmasını dəstəkləmirik. Bu, yalnız diqqəti əsas məsələdən - təhlükəsizliyi təmin etmək, yeni qurbanların olmasının qarşısını almaq və siyasi prosesin yenidən başlaması üçün şərait yaratmaqdan yayındıracaq", - deyə S.Lavrov bildirib.

Rusiya XİN başçısının sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəflərin özləri qərar verməlidirlər, Rusiya və Minsk Qrupunun digər həmsədrləri - ABŞ və Fransa isə bu işdə onlara yardım etmək üçün çalışacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu