"Kurtlar Vadisi" bitmir-təkzib


Türkiyədə yayımlanan məşhur “Kurtlar Vadisi Pusu” serialının bu il bitəcəyi ilə bağlı yayılan xəbərlər çəkiliş qrupu tərəfindən təkzib edilib.

Bu barədə serialın rəsmi Facebook səhifəsində məlumat yayılıb. Bildirilir ki, internet saytlarında “Kurtlar Vadisi bitir” başlığı ilə xəbərlər yayılıb və iddia edilib ki, “Polat Alemdar” yorulub və buna görə də bu mövsüm serial bitir: "Bu xəbər qətiyyən həqiqəti əks etdirmir. "Panafilm"in təşkilatçılğı ilə çəkilən serialın başa çatdırılması müzakirə mövzusu deyil".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu