Mişel Obamanın çılğın rəqsi-VİDEO


Mikrafonun düşməsi belə onu saxlaya bilməyib

ABŞ-ın birinci xanımı Mişel Obama qatıldığı verilişlərdən birində studiyada rəqs edib. Birinci xanım sağlam həyat tərzinə keçidi tərənnüm edən "Gəlin hərəkət edək" adlı şirkətin 5 illiyi münasibəti ilə Ellen Dedqeneresin şousunun qonağı olub.

Bir müddət o aparıcı ilə sağlamlıq barədə müzakirələr aparıb. Sonra isə aparıcının dəvəti ilə o studiyada rəqs etməyə razılaşıb.

Düzdür M.Obamada rəqqasların tempinə uymaq elə də asan başa gəlməyib. Belə ki, elə ilk cəhddən onun mikrafonu düşüb və o rəqsi yarımçıq saxlamalı olub. İkinci cəhddə Obama rəqqasların hərəkətlərini ustalıqla təkrarlaya bilib.
Rəqs "Uptown Fank" bəstəsinin sədaları altında qurulub.

Qeyd edək ki, bu ABŞ-ın birinci xanımının ilk səhnə şousu deyil. Belə ki, 2013-cü ildə xanım Obama moda sənayesində karyera qurmaq istəyən 150 tələbə üçün master klas keçib.

[media=https://www.youtube.com/watch?v=KLM0fdMg3Rc]

(ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu