Ağsu aşırımı sabahdan bağlanır


Aparılacaq qısamüddətli təmir işləri ilə əlaqədar olaraq sabahdan, yəni 23 may səhər saatlarından etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun "Ağsu aşırımı" hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.


"Azəravtoyol"dan "Qafqazinfo"ya daxil olan məlumata görə, sürücülərdən məhdudlaşdırmanın tətbiqi müddəti ərzində alternativ olaraq Muğanlı-İsmayıllı və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yollarından istifadə etmələri tövsiyə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu