Oyunda dava: futbolçu öldü - VİDEO


Argentinanın "San Xorxe de Vilya Elisa" komandasının futbolçusu Mikael Favre Regional Liqada "Defensores de Kolon"la oyun zamanı aldığı zədədən dünyasını dəyişib.


"Report"un "El Dia"ya istinadən verdiyi məlumata görə, 24 yaşlı oyunçu epizodların birində top uğrunda mübarizədə rəqib futbolçu Jeronimo Kintananın zərbəsinə tuş gəlib.
O, başından diz zərbəsi alıb. Nəticədə iki komanda arasında toqquşma yaşanıb. Kintananın da fəal iştirak etdiyi toqquşma zamanı "Defensores de Kolon"un daha bir futbolçusu Favio Larrosa Favrenin başına zərbə endirib. Nəticədə, zədəli oyunçu huşunu itirib. Xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
"Defensores de Kolon"un toqquşmada iştirak edən hər iki futbolçusu həbs olunub. Onlardan hansının zərbəsinin ölümə səbəb olduğu ekspertizadan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Mikael Favre 2 uşaq atasıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu