Nazpərinin keçmiş əri vəfat edib


Xalq artistinin 17 ildir ayrıldığı keçmiş həyat yoldaşı Nəriman Quliyev dünən dünyasını dəyişib

Xalq artisti Nazpəri Dostəliyevanın keçmiş həyat yoldaşı Nəriman Quliyev dünən dünyasını dəyişib.
Müğənni axşam.az-ın əməkdaşı ilə söhbətində bu barədə danışmaq istəmədiyini bildirib:
“Onunla 17 ildir ayrılmışıq. Allah rəhmət eləsin! Bu haqda çox danışmaq istəmirəm. Bundan sonra jurnalistlər bu barədə sual verməsinlər” deyə bildirib.
Dəfn mərasimi bu gün baş tutacaq. Mərhum ürək xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, xalq artistinin bu evlilikdən iki oğlu var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu