Final: "Qarabağ" ya "Neftçi"?


Bu gün Azərbaycan kubokunda final oyunu keçiriləcək.


Vizual.Az-ın məlumatına görə, həlledici görüşdə "Qarabağ” və "Neftçi” komandaları qarşılaşacaq.
Ardıcıl üçüncü il ölkə çempionu olan Ağdam təmsilçisi "qızıl dubl” etməyə çalışacaq. Mövsümü 6-cı pillədə başa vuran "Neftçi” isə bu uğursuzluğu kuboku qazanmaqla unutdurmaq niyyətindədir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, ötən mövsüm də finalda bu iki komanda qarşılaşmışdı. "Qarabağ” 3:1 hesabı ilə qalib gələrək "qızıl dubl” etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu