Putin danışdı...


Rusiya prezidenti Vladimir Putin Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin həyatını xilas etdiklərini deyir.


"Qafqazinfo" Azadlıq Radiosuna istinadən xəbər verir ki, o, Rusiyanın Krımı ilhaq etməsi barədə sənədli filmdə bunu deyib. Putin bildirib ki, hakimiyyət dəyişikliyindən sonra Ukrayna prezidenti Viktor Yanukoviçin həyatı təhlükədə olduğundan bəzi tədbirlər görüblər.
Rusiyanın xəbər agentlikləri yazır ki, Putin filmdə deyir: “Biz onun ələ keçirilməsi barədə planların olması haqda məlumatlar alırdıq. Məlumatlar bununla bitmirdi. Biz həm də onun ələ keçirildikdən sonra fiziki olaraq məhv edilməsi planları haqda informaisyalar alırdıq”.
Putin daha sonra əlavə edir: “Bir məşhur tarixi şəxsiyyətin dediyi kimi: adam yoxdur, problem də yoxdur”
Putinin sözcüsü Dmitry Peskov deyir ki, Rusiya prezidenti martın 15-də həmin sənədli filmi izləyə biləcək.
Putin martın 5-dən bəri nə ictimai, nə də canlı TV proqramlarında görünür. ​



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu