Nadir ATV ilə qalmaqala aydınlıq gətirdi


Müğənni Nadir Qafarzadə Bakının qonağı olan Azərbaycan əsilli müğənni Sami Yusifi təhqir etdiyi üçün “ATV” tərəfindən qadağa qoyulduğu haqda səsləndirdiyi fikirlərə yenidən aydınlıq gətirib.


Afn.az-ın məlumatına görə, qafqazinfo.az-a açıqlamasında müğənni bildirib ki, “ATV”dən zəng edərək ona qadağa qoyulduğunu bildirən şəxs kanal rəhbərliyi olmayıb və sənətçiyə qadağa qoyulmayıb: “ATV rəhbərliyi ilə danışdım. Rauf bəy (red. ATV-nin icraçı direktoru Rauf Dadaşov) mənə dedi ki, sənə qadağanı yalnız mən və Vüqar Qaradağlı qoya bilər. Mənim işçilərimdən kimsə zəng edib sənə qadağa qoyulduğunu deyirsə, qələt edir.
Mən də bilmədən sizin sayta açıqlama verdim ki, ATV-dən zəng edib, mənə qadağa qoyulduğu deyilib. Mənə qadağa qoyulmayıb. Rəhbərlik dedi ki, Azərbaycan dövlətinin vətəndaşı, müğənnisisən, sənə niyə qadağa qoymalıyıq? Sən fövqəladə, günah iş görməmisən.
Heç bir problem yoxdur. Əvvəlki kimi kanalın verilişlərində qonaq kimi çıxış edəcəm”.
Qeyd edək ki, Nadir Qafarzadə “Gün üzü” verilişində S. Yusifə "Haranın zibilidir ki?" dediyi üçün verilişdən uzaqlaşdırılmışdı. Qafarzadə “Qafqazinfo”ya açıqlamasında verilişi öz istəyi ilə tərk etdiyini və kanaldan zəng edərək ona qadağa qoyulduğu haqda məlumat verildiyini bildirimişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu