İTV-də çeviliş cəhdi?


İctimai Televiziyanın xəbərlər departamentinin rəhbəri Elgün İbrahimov vəzifəsindən azad edilib.

O, vəzifəsindən dünən çıxarılıb. Elgün İbrahimov faktı təsdiqləyib. Keçmiş departament rəhbəri dünən kadrlar şöbəsinə çağırılaraq işdən çıxması ilə bağlı ərizə yazmasını tələb etdiklərini bildirib:

“İyunun 1-də kadrlar şöbəsinə çağırıldım. Heç bir səbəb göstərilmədən guya öz xahişimlə işdən azad edilməyim barədə ərizə yazmağımı istədilər. Mən də yazdım. Şirkətin baş direktorunun ölkədə olmadığı bir halda vəzifədən azad edilmişəm, vaxt itirmədən yerimə yeni təyinat və təqdimat da ediblər. Proseslərə təsir rıçaqlarına malik şəxslərə olan hörmətim və üzərimdə olan haqları səbəbindən məsələnin təfərrüatlarına getmək istəmirəm. Lakin ümid edirəm ki, baş direktor Cəmil Quliyev iş başına dönəndə, bu məsələ ilə bağlı mövqeyini bildirəcək. Hadisə hələ nəzarətdə ikən müvafiq addımlar atılacaq və “çevriliş cəhdi” İTV-nin nüfuzuna xələl gətirmədən ədalətli qərarla aradan qaldırılacaq”.

Əldə etdiyimiz məlumata görə, İTV-nin xəbərlər departamentinin rəhbəri vəzifəsinə televiziyanın əməkdaşı Rauf Rəcəbov gətirilib. (aznews.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu